Əli Əsədov Fuat Oktaya BAŞSAĞLIĞI VERDİ - ednews.net

21 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Əli Əsədov Fuat Oktaya BAŞSAĞLIĞI VERDİ

Cəmiyyət A- A A+
Fevralın 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub. Bu barədə Ednews-a Nazirlər Kabinetindən bildirilib. Telefon danışığı əsnasında Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı F.Oktaya dərin hüznlə başsağlığı verilib, yaralananlara və xəsarət alanlara şəfa dilənib. F.Oktay bu çətin məqamda qardaş Azərbaycanın Türkiyə ilə həmrəyliyini yüksək qiymətləndirib, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə ölkəmiz tərəfindən davamlı şəkildə göstərilən yardıma, zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına dəstəyə görə minnətdarlığını bildirib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...