Azərbaycanın xilasediciləri 11 nəfəri dağıntılar altından sağ çıxardı - VİDEO - ednews.net

2 Aprel,

(+994 50) 229-39-11

Azərbaycanın xilasediciləri 11 nəfəri dağıntılar altından sağ çıxardı - VİDEO

Cəmiyyət A- A A+

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. 

Ednews xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

Bildirilib ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 11 nəfəri sağ, 20 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...