Xilasedicilərimiz 26 nəfəri dağıntılar altından SAĞ ÇIXARIB - VİDEO - ednews.net

2 Aprel,

(+994 50) 229-39-11

Xilasedicilərimiz 26 nəfəri dağıntılar altından SAĞ ÇIXARIB - VİDEO

Cəmiyyət A- A A+
Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
 
Nazirlikdən Ednews-a  verilən məlumata görə, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 5-i uşaq olmaqla 26 nəfəri sağ, 47 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
 
Qeyd edək ki, əməliyyatlarda FHN-in xüsusi təlim görmüş xilasetmə itləri də tətbiq olunur.
 
Axtarış-xilasetmə əməliyyatlarının gedişi barədə əlavə məlumat veriləcək.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...