Azərbaycan vətəndaşlarını aparan 5 avtobus bu gün Türkiyədən yola düşəcək - ednews.net

22 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Azərbaycan vətəndaşlarını aparan 5 avtobus bu gün Türkiyədən yola düşəcək

Cəmiyyət A- A A+
"Türkiyənin hansı bölgəsində nə qədər vətəndaşımız olması ilə bağlı məlumatımız var".
 
Ednews xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov jurnalistlərə açıqlamasında deyib.
 
O bildirib ki, qərargahımız işlədiyi üçün yeni zənglər daxil olur və bu məlumatlar yenilənir:
 
"Harada ki, vətəndaşımız azdır, onların yaxın vilayətdəki avtobusa gəlmələrinə şərait yaradırıq. Harada vətənşımız çoxdursa, ora avtobus göndəririk. Ümumilikdə 201 nəfər göndərilib. Amma sərhədə çatana kimi bu say arta bilər. Çünki yoldan da vətəndaşlarımızı götürürük. Bu gün də 5 avtobusumuz vətəndaşları toplamağa başlayacaq və Azərbaycan istiqamətinə yola düşəcək".


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...