"Pulu canınıza xərcləməlisiniz, daş-divara yox" - ednews.net

24 Mart, Cümə

(+994 50) 229-39-11

"Pulu canınıza xərcləməlisiniz, daş-divara yox"

Cəmiyyət A- A A+

Əməkdar artist Aybəniz Haşımova paylaşımı ilə diqqət çəkib.

Ednews axşam.az-a istinadən xəbər verir ki, müğənni Türkiyədə baş verən zəlzələdən olan görüntüləri yayımlayaraq, həyatda ən önəmli amilin mülk yox, can sağlığı olduğunu vurğulayıb:

"Çox körpə idim: yaxşı xatırlayıram, qonşumuzda rus qadın var idi. Anama həmişə belə deyərdi: Siz azərbaycanlılar əlinə pul düşən kimi ev-eşiyə tökürsünüz. Amma o pulları canınıza xərcləməlisiniz, nəyinki daş, divara. Anam da deyirdi ki, nədir, camaat tör-töküntünün içində qalsın? Əlbəttdə, evini səliqəyə, səhmana salacaqlar. İndi bu hadisələrin illərnən şahidi oluruq ki, həqiqətən də can sağlığından o yana heç nə yox imiş. Allah canınıza dəyməsin, dostlar".

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...