“Hazırkı məqamda əsas məqsəd hər bir insanı dağıntılar altından sağ-salamat qurtarmaqdır”.
Ednews xəbər verir ki, bu filirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında bildirib.
"Bu bizim üçün də olduqca böyük zərbə idi. Zəlzələ baş verən ilk saatlardan Azərbaycan Türkiyənin yanında olduğunu bəyan etdi. Prezidentin tapşırığına əsasən zəlzələdən bir neçə saat sonra Azərbaycandan ilk heyət Türkiyəyə yola düşdü", - deyə C. Bayramov bildirib.
Nazir qeyd edib ki, həm paytaxt Bakıda, həm Azərbaycanın digər bölgələri və Naxçıvanda yerləşən xəstəxanalarda zəlzələdən xəsarət almış insanlar üçün əlavə çarpayılar ayrılıb. O qeyd edib ki, Azərbaycan tərəfi yaralıları qəbul etməyə hazırdır: “Azərbaycan ehtiyac olan qədər Türkiyədən xəstələri qəbul etməyə hazırdır”.