“Sülhün kökləri” humanitar təşkilatının təsisçisi Heidi Kuhn Ukrayna sakinlərinin üzləşdiyi daha bir aktual problemi işıqlandırıb.
Ednews xəbər verir ki Heidi Kühn Minaların təmizlənməsini təşviq etmək üçün 1997-ci ildə "Dünya minalardan üzümə keçsin" missiyasını elan edib. Xanım Kühnün bu sahədə bir çox təşəbbüsləri olub.
2000-ci ildə xorvat əsilli şərabçı Mayk Qrqiç ilə Xorvatiyanın mina sahələrini ziyarət edib. Nəticədə “Sülhün Kökləri” 500.000 kvadrat metrdən çox minalanmış ərazini yenidən təhlükəsiz üzüm bağlarına çevirib. Bu təşəbbüs Xorvatiyanın şərab rayonlarını sehrli turizm məkanlarına çevirməyə kömək etdi və yerli iqtisadiyyatlara böyük təsir göstərdi.
Həmçinin Əfqanıstanda olanda xanım Kühn bildirib ki, o və onun tərəfdaşları müsəlman mədəniyyətinə hörmət olaraq üzüm şərabları deyil, yeddi milyondan çox meyvə ağacı əkib. Nəticədə bu bir milyondan çox fermer və ailəyə təsir edib. “Sülhün kökləri” Ukraynada da eyni fəaliyyəti tətbiq etməyi planlaşdırır. Heidi Kühn açıqlamasında bildirib ki, yalnız iş üçün torpaq təhlükəsizliyini təmin etmək deyil, həm də müharibə nəticəsində viran qalan bölgələrin sakinlərinin həyatını qorumaq üçün gəlirli kənd təsərrüfatının inkişaf etdirmək lazımdır.