Azərbaycanda su qıtlığı yaşana bilər Ekoloqdan HƏYƏCAN TƏBİLİ

Cəmiyyət 17:00 14.02.2023
Azərbaycanda şirin su problemi getdikcə daha geniş vüsət alır. İçməli su ehtiyatlarının tükənməsi gələcəkdə xoşagəlməz nəticələrə səbəb ola bilər. 
 
Ednews xəbər verir ki, su ehtiyatlarının azalmasının qarşısını almaq və içməli sudan qənaətlə istifadəni təmin etmək məqsədilə Bakı ətrafı qəsəbə və kəndlərdə suyun verilməsi qrafiklərində dəyişikliklər ediləcək. 
 
Məsələ ilə bağlı “AzərSu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Ednews-a açıqlamasında bildirib ki, dəyişikliyin məqsədi şəhərin bütün ərazilərini dayanıqlı içməli su ilə təmin etməkdir: 
 
“Bəzi ərazilərdə şəbəkədən kənar qeyri-qanuni şəkildə sudan istifadə edilir. 12-14 saat fasiləsiz içməli su ilə təmin olunan ərazilərdə bunu 10-12 saata endirəcəyik. İkincisi isə, gecə saatlarında anbar ehtiyatlarından şəbəkəyə verilən suyun həcmini azaldacağıq. Gecə saatlarında yalnız şəhərətrafı qəsəbələrdə yox, mərkəz rayonlarda da suyun təzyiqi azaldıla bilər”. 
 
Anar Cəbrayıllı qeyd edib ki, qrafiklərdə tənzimləmələr aparılmasa, mənbədən götürülən suyun azaldılması ərazilər üzrə qeyri-bərabər su təchizatına səbəb ola bilər:
 
“Bəzi yaşayış məntəqələrində sakinlər 24 saat içməli su ilə təmin edildikləri halda, bəzilərində isə ümumiyətlə su problemi yaşana bilər. Şəhərin mərkəz rayonlarında – Nərimanov, Nizami, Səbail, Nəsimi, Yasamal və s. yenə də içməli su təchizatı 24 saat davam edəcək. Zığ, Hövsan, Sabunçu, Keşlə, kənd Əhmədli və s.yerlərdə isə, xüsusən də, suyun qanunsuz şəkildə istifadə olunduğu ərazilərdə qrafikli rejimlər tətbiq olunacaq”.
 
Məsələ ilə bağlı Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti, biologiya elmləri doktoru, professor Rauf Sultanov Ednews-a açıqlmasında qeyd edib ki, inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda adambaşına düşən içməli su sərfiyyatı 4-5 dəfə çoxdur:
 
“Azərbaycanda şirin suların 2/3 hissəsi sərhəd dövlətlərin hesabına ödənilir. Ölkədə içməli suların istifadəsinə dövlət və aidiyyatı qurumlar tərəfindən ciddi nəzarət edilməlidir. Külli-miqdarda vəsait ayrılaraq Bakıya artezian suları çəkildi. Lakin su ehtiyatlarının nəzarətsiz  istifadəsi qıtlığa səbəb olur. Həyət evlərində şəbəkədən kənar su xətti çəkib istədikləri qədər sərf edirlər, maşınyuma yerlərində şirin sudan istifadə edirlər, kimyəvi maddələr isə suyu çirkləndirir. Şirin su təkrar istifadəyə yararlı olmalıdır, lakin belə olan halda kimyəvi qatqılı sudan təkrar istifadə mümkünsüz hala gəlir. Şəhərin mərkəzində su o qədər təzyiqlə gəlir ki, yay aylarında sakinlər dəfələrlə su kranlarını dəyişməli olur. İçməli suyun verilmə qrafikində dəyişiklik edilməsi vacib addımdır. Hər istifadədə biz 4 dəfə artıq su israf edirik. Təzyiq azaldılmalıdır. İctimai yerlərdə sudan istifadəyə nəzarət gücləndirilməlidir. Qanunsuz və boşuna su sərf edənlərə qarşı cəza tədbirləri görülməlidir. Suyun hər litri puldur. Artezian sularını biz bu gün istifadə etməməliyik. Su qıtlığı ehtimalını nəzərə alıb gələcək üçün saxlamalıyıq. Dünya təcrübəsində də bu belədir. Lakin biz indidən bu yeraltı suların istifadəsinə başlamışıq. Əgər yeraltı sular istifadə olunarsa, ərazi landşaftı, bitki örtüyü, ümumilikdə ekologiya məhv olar. Bu da suyun buxarlanması prosesini gücləndirir”.
 
 
Törə Zeynallı
Rusiyanın Ermənistandakı hərbi varlığı regiona necə təsir edəcək? - Oleq Kuznetsov ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:38 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
16:11 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında
16:06 10.05.2024
Almatı danışıqları 2 gün davam EDƏCƏK
16:02 10.05.2024
Sülh müqaviləsi bu gün imzalana bilər? - Siyasi şərhçinin RƏYİNDƏ
16:00 10.05.2024
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
15:56 10.05.2024
Qazax istiqamətində sərhəd dirəklərinin quraşdırılması başa çatır - RƏSMİ
15:43 10.05.2024
Rusiyanın Ermənistandakı hərbi varlığı regiona necə təsir edəcək? - Oleq Kuznetsov ilə MÜZAKİRƏ - VİDEO
15:39 10.05.2024
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
15:30 10.05.2024
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
15:28 10.05.2024
Ağdamda lüks mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR
15:23 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində
15:16 10.05.2024
Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı
15:15 10.05.2024
Ceyhun Bayramov: “Ermənistanla normallaşma prosesinə böyük diqqət yetiririk”
15:15 10.05.2024
Prezident və Birinci xanım Şuşada Çöl Qala məscidində
15:10 10.05.2024
AZAL-ın kollektivi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib
15:01 10.05.2024
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
15:00 10.05.2024
Bərdədə qadın qohumu tərəfindən
14:54 10.05.2024
Prezident və Birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində
14:44 10.05.2024
Şuşada elektrik avtobuslar istifadəyə verildi
14:42 10.05.2024
Universitetə qəbul olmaq istəyən subbakalavrların NƏZƏRİNƏ – Qeydiyyat BAŞLADI
14:37 10.05.2024
"Heydər Əliyev mənimlə 1 saat təkbətək söhbət etdi" - Rafiq Bağırov  - VİDEO
14:30 10.05.2024
Mehriban Əliyevadan Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı paylaşım -FOTO
14:28 10.05.2024
Azərbaycan və Ermənistan XİN başçılarının GÖRÜŞÜ BAŞLADI - VİDEO
14:17 10.05.2024
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
14:16 10.05.2024
“Narkotiklə bağlı ölümlərin sayı statistik göstəricilərdən daha çoxdur” – Narkomaniya üzrə ekspertlə ÖZƏL MÜSAHİBƏ
14:00 10.05.2024
Prezident Köndələnçay su anbarları kompleksinin açılışında
13:39 10.05.2024
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü
13:10 10.05.2024
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında
13:04 10.05.2024
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
13:00 10.05.2024
Xankəndidə Türkiyə konsulluğu açılacaq? – Səfirdən AÇIQLAMA
12:51 10.05.2024
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
12:42 10.05.2024
"Paşinyanın sülh təşəbbüsü erməni revanşistlərini dərindən narahat edir" - Türkiyəli Politoloq - VİDEO
12:30 10.05.2024
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
12:28 10.05.2024
Hamısı