Alimlər son araşdırmalarına görə Marsda da zəlzələ baş verir.
Ednews Haber Globala istinadən xəbər verir ki, NASA tərəfindən Marsın seysmik hərəkətlərini ölçmək üçün göndərilən " InSight" eniş aparatı 2019-cu ildə Marsda baş vermiş zəlzələni çəkməyi bacarıb.
Belə ki, 3 və 4 bal gücündə iki zəlzələ, Yer standartlarına görə kiçik olsa da, Marsda indiyə qədər aşkar edilmiş ən böyük zəlzələlər sırasındadır.
Alimlər bildirirlər ki, zəlzələ planetin təbəqələrində yaranan çat və ya meteorun düşməsi nəticəsində baş vermiş ola bilər.
Elm adamları hər iki zəlzələni kosmik gəminin eniş yerindən təxminən 1500 kilometr şərqdə yerləşən Cerberus Fossae adlı qırılma xəttinə qədər izləyə bildilər; Zəlzələnin mənbəyi tam həll edilməyib.
Ayan Rzayeva