Türkiyəli iş adamı qırmızı rəngli köhnə VAZ avtomobili ilə Türkiyəyə yardım kampaniyasına qoşularaq yorğan-döşək və digər ləvazimatlar aparan şəxsə təzə “Toyota” markalı avtomobil hədiyyə edib.
Ednews xəbər verir ki, bu barədə jurnalist Məhəmməd Türkmən sosial şəbəkədə yazıb.
“Türkiyəli iş adamı “Jiquli”si ilə yardım aparan Sərvər Bəşirliyə maşın hədiyyə etdi. Sərvər Türkiyədə olduğu üçün maşın atasına təhvil verildi. Sərvər maşını götürmürdü, güclə razı saldıq”, deyə o, qeyd edib.