Dünən 21 kiloqram narkotik vasitəsi qanunsuz dövriyyədən çıxarılıb.
Ednews xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev deyib.
Onun sözlərinə görə,narkotiklə əlaqəli hər bir faktın aşkarlanması polis əməkdaşları üçün riskdir, təhlükədir.
“Heç bir şübhəli asanlıqla tabe olmur. Dünən əməkdaşlarımız 21,4 kiloqrama yaxın narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıblar. Bəllidir ki, hər bir qramın arxasında cinayətkar şəxs var. Çalışır ki, nə yolla olur-olsun cəza təhdidindən yayınsın”.
Aynurə İsmayılqızı