Masallı rayonunda iki avtomobil toqquşub.
Ednews xəbər verir ki, bu barədə informasiyanı DİN-in Mətbuat xidməti yayıb.
Mənbə yazır ki, fevralın 19-da saat 14 radələrində Masallı rayonunun Binə Xocavar kəndi ərazisində rayonun Çaxırlı kənd sakini K.Təhməzovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Balakən rayon sakini N.İsmayılovun idarə etdiyi digər bir "Mercedes" markalı avtomobili toqquşub.
Qəza nəticəsində ümumilikdə 7 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.