“Heç bir dili başqası ilə əvəz etmək mümkün deyil” Nizami Cəfərov Ana dilimizdən DANIŞDI

Cəmiyyət 14:45 21.02.2023
Bu gün Beynəlxalq Ana dili Günüdür. Dil ünsiyyət vasitəsi olmaqla yanaşı, hər bir xalqın maddi və mədəni irsini, tarixini və ədəbiyyatını qoruyub saxlayan və dünyaya çatdıran mühüm amildir. 
 
Ana dilinin əhəmiyyəti ilə bağlı Ednews-a danışan filologiya elmləri doktoru professor Nizami Cəfərov bildirib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan dili sürətlə inkişaf edir. Artıq elə bir idarə yoxdur ki, orada azərbaycanca danışılmasın, sənədlər dövlət dilində çap edilməsin:
 
“Sovet dövründə “Azərbaycan ordusu” anlayışı yox idi, “Azərbaycan ordusunun dili” anlayışı da yox idi. Bu gün Azərbaycan ordusu azərbaycanca danışır. Ümumilli liderimiz Heydər Əliyev dövlət dilinin inkişafını hər zaman diqqət mərkəzində saxlayıb. Bu siyasəti günümüzdə cənab İlham Əliyev davam etdirir. Cəmiyyətimizin intellektual səviyyəsi yüksəkdir. Təhsil, mədəniyyət, mətbuat, nəşriyyatın inkişafı Azərbaycan dilinin də inkişafı deməkdir. Dilimiz bu gün beynəlxalq arenalarda səslənir. Bütün türk dünyasında Azərbaycan dili həmişə daha çox ədəbiyyat dili kimi inkişaf edib. UNESKO-nun hesabatlarına əsasən, dilimiz dünya dilləri arasında nüfuzuna görə 22-ci yerdədir. Bu göstərici bizə onu deməyə əsas verir ki, bu dil yaşayır və inkişaf edir”. 
 
 
N.Cəfərov cənubdakı soydaşlarımızın ana dilindən istifadə hüquqlarının məhdudluğuna da toxunub:
 
“Bizim əsas problemimiz Cənubi Azərbaycandır. İran 30 milyondan çox azərbaycanlının vətənidir. Çox acınacaqlı haldır ki, qonşu ölkədə onlar üçün doğma dildə heç bir məktəb, universitet, qəzet, jurnal yoxdur. Vəziyyət o yerə çatıb ki, Azərbaycan ədəbi dili cənubda demək olar ki, məişət səviyyəsində işlədilir”. 
 
Son günlər sosial şəbəkələrdə Türkiyə türkçəsinin ünsiyyət vasitəsi kimi işlədilməsi barədə səsləndirilən fikirlərə münasibət bildirən professor qeyd edib ki, türk dünyasında ortaq bir dilin qəbul edilməsi fikri yeni deyil, lakin bu, ana dilini əvəz edə bilməz:
 
“Türkiyə türkçəsi həqiqətən bu funksiyanı daşımağa yaxındır. Onun imkanları genişdir. Təhsil, mətbuat, siyasət dünyasında Türkiyə türkçəsi beynəlxalq nüfuza malikdir. Deyərdim ki, bu dil artıq türk dünyasında ortaq ünsiyyət vasitəsi kimi işlənməyə başlayıb. Amma və lakin Türkiyə türkçəsi nə Azərbaycan dilini, nə qazaxcanı, nə qırğız dilini əvəz edə bilər! Bu, ana dilinə münasibətdə vətənpərvərlik nümayiş etdirmək deyil, bu, dilin qanunauyğunluğudur. Dilin yaşaması, mövcudluğudur. Mümkün deyil ki, bir xalq öz dilini itirsin və ya onu digər yaxın dillə əvəz etsin. Hər dilin tarixi var. Türkiyə türkçəsi hər nə qədər bizim üçün doğma olsa da, onu öz ana dilimizi sıxışdırmaqla məcburən ünsiyyət vasitəsinə çevirə bilmərik, alınmaz. Sabah belə bir fikir ciddi şəkildə ortalığa atılsa, cəmiyyət buna kəskin etiraz edər. Dünyada heç bir dili başqası ilə əvəz etmək mümkün deyil. Bu insan təbiətinə, xarakterinə, hisslərinə ziddir. Dil xalqın özünü ifadə və müdafiə vasitəsidir. Hamılıqla Ana dilimizin inkişafı və qorunması istiqamətində səy göstərməliyik”.
 
 
Törə Zeynallı
Başına pul mükafatı qoyulan Milli Qəhrəman Albert Aqarunov - ANIM - VİDEO

Xəbər xətti

“Sülh üçün COP29 böyük əhəmiyyət kəsb edir” – Tofiq Abbasov
11:00 08.05.2024
Zaqatalada dönərdən zəhərlənənlərin 15-i uşaqdır - TƏBİB
10:41 08.05.2024
Elçin Əmirbəyov: “Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər”
10:34 08.05.2024
Başına pul mükafatı qoyulan Milli Qəhrəman Albert Aqarunov - ANIM - VİDEO
10:30 08.05.2024
Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək
10:26 08.05.2024
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
10:20 08.05.2024
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
10:16 08.05.2024
Robert Fitso: "Makron ölkəmizdə populyar siyasətçi sayılmır"
10:09 08.05.2024
Umud Mirzəyev Şuşadan danışdı: “Mən o günlərin şahidi olmuşam”
10:00 08.05.2024
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
09:55 08.05.2024
Azərbaycanda bu ilin birinci rübündə gündəlik neft hasilatı göstəricisi açıqlanıb
09:49 08.05.2024
Havaya atəş açan suriyalılar deportasiya edilib
Havaya atəş açan suriyalılar deportasiya edilib
09:47 08.05.2024
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
09:46 08.05.2024
Meyiti tapılan erməni əsgər İNTİHAR EDİBMİŞ
09:38 08.05.2024
Kəlbəcərə dolu düşüb, dağlıq ərazilərdə 1 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA
09:27 08.05.2024
Azərbaycan Slovakiya ilə birgə silah istehsal EDƏCƏK
09:18 08.05.2024
Slovakiyanın Baş naziri Avropa İttifaqını tənqid etdi: "Özünə aşiqdir"
09:00 08.05.2024
BMT Somaliyə humanitar yardım üçün 228 milyon dollar cəlb etmək niyyətindədir
07:25 08.05.2024
Ukrayna rəsmisi: Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatıq
06:40 08.05.2024
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
05:33 08.05.2024
Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib
04:21 08.05.2024
Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək
03:19 08.05.2024
Şotlandiyanın yeni hökumət başçısı məlum olub
02:18 08.05.2024
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
01:00 08.05.2024
202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb - SƏBƏB
00:16 08.05.2024
Paşinyan: “KTMT-nin Ermənistanda qalması üçün müharibə lazımdır”
23:44 07.05.2024
Aygün Bəylərin ailəsi tiktoker Ləmanla bağlı polisə şikayət edib
23:23 07.05.2024
DİQQƏT! Səhiyyə Nazirliyi və Elektron Təhlükəsizlik Xidməti əhaliyə müraciət edib
23:09 07.05.2024
Kilian Mbappenin "Real"da geyinəcəyi forma nömrəsi bəlli olub
23:00 07.05.2024
Polşada ölkənin avroya keçməyə hazırlığı qiymətləndirilib
22:33 07.05.2024
Naxçıvanda ASAN Vəkil Bürosu açılıb
22:12 07.05.2024
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib
21:54 07.05.2024
Quterreş: Qəzzada atəşkəs əldə olunmasa, faciə baş verəcək
21:30 07.05.2024
Azərbaycanın iqlim dəyişikliyi üzrə Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib
21:14 07.05.2024
“ÖLÜM AXTARAN QADIN” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
20:51 07.05.2024
Brüsseldə Azərbaycan-Ermənistan normallaşma prosesində regional dinamika müzakirə edilib
20:49 07.05.2024
İtaliyanın "Yuventus" klubu heyətini gücləndirib
20:34 07.05.2024
Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq
20:05 07.05.2024
Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
19:50 07.05.2024
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkətin bərpa olunacağı vaxt açıqlanıb
19:30 07.05.2024
Hamısı