Xalq artisti Ramiz Novruz dəfn edildi.
Ednews xəbər verir ki, Xalq artisti “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində aktyorun ailə üzvləri, sənət dostları, ictimaiyyət nümayəndələri və Mədəniyyət Nazirliyinin musiqi sektorunun müdiri Vüqar Hümbətov və teatr sektorunun müdiri Könül Cəfərova iştirak ediblər.
Qeyd edək ki, Xalq artisti Ramiz Novruz fevralın 21-i gecə saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.
Ayan Rzayeva