Orta məktəblərdə dərslərin saat 08:00-da başlaması ilə bağlı narazılıq - PROBLEM

Cəmiyyət 18:12 22.02.2023
Valideynlər ibtidai siniflər üçün dərs saatının 08:00-da başlamasından narazıdırlar. Onların fikrincə, dərslərin səhər erkəndən başlaması azyaşlı övladlarında gərginliyə səbəb olur. Nəzərə alsaq ki, hər şagirdin yaşadığı ev məktəbə yaxın deyil, onlar məktəbə gedib çatmaq üçün uzun-uzadı yol qət edir, bir neçə ictimai nəqliyyat dəyişməli olurlar, bu zaman problem daha da dərinləşir. Bəzi hallarda valideynlər övladlarını dərsə çatdırmaq üçün saat 7:00 və daha tez evdən çıxmalı olurlar. Övladı Abşeron rayonu Mehdiabad qəsəbəsindəki 5 nömrəli məktəbdə təhsil alan valideyn Rasim Həsənov (ad şərtidir) Bizim.Media-ya bildirib ki, uşaqları saat 07:00-da ancaq yuxudan qaldırmaq olur. Tələm-tələsik, çox zaman səhər yeməyini belə yemədən, dərsə qaçırlar. Ən azı dərslərin başlamasına yarım saat qalmış evdən çıxmalıdırlar ki, vaxtında dərsə çatdıra bilsinlər. Yuxudan tam oyanmayan uşaq dərsə necə diqqətini verəcək? Üstəlik bu vəziyyət uşaqda gərginlik yaradır. Onların gözündə dərslərin çətinliyini artırır”. Qeyd edək ki, bununla bağlı söhbət apardığımız bir çox valideynlər övladlarının eyni halı yaşadığını, heç olmasa aşağı siniflər üçün dərs saatının 09:00-dan sonra başlamasının vacib olduğunu dedilər. Ednews xəbər verir ki, Bizim.Media-ya açıqlama verən təhsil eksperti, pedaqoq Nadir İsrafilov bir sıra məqamlara toxunub: “Məktəblərdə, o cümlədən də ibtidai siniflərdə dərs saatlarının dəyişdirilməsi məsələsi dəfələrlə gündəmə gətirilsə də, heç də hamı tərəfindən birmənalı qarşılanmayıb. Dərslərin 8:00-da başlaması sovet təhsilindən qalma miras kimi dəyərləndirilib, səhər tezdən məktəbə getməyin azyaşlıların orqanizminə bir sıra mənfi təsirləri olduğu, o yaş kateqoriyasında olan uşaqların əksəriyyətinin çox erkən saatlarda dərslərin başlamasına görə diqqət dağınıqlığı kimi problemlər yaşadığı vurğulanıb. Dünya təcrübəsindən nümunələr gətirərək dərsə saat 10-11-dən sonra başlayan uşaqların digərləri ilə müqayisədə qat-qat daha çalışqan olmaları təsdiqini tapıb. Bir qrup mütəxəssis isə belə düşünür ki, bu məsələ nəzəri baxımdan deyilə bilər, amma bunu əsaslandırmaq lazımdır”. Ekspert bildirib ki, bütün bu fərqli və bir-birinə zidd fikirlərə baxmayaraq nazirliyin müvafiq əmrilə təsdiq edilmiş əsasnaməyə görə, orta məktəbin pedaqoji şurası müəssisənin iş rejimində dəyişiklik edə bilər: “Məsələyə münasibət bildirən elm və təhsil naziri Emin Əmrullayev də son açıqlamalarından birində bildirib ki, əgər valideynlər dərsin saat 9:00-da başlamasını istəyirsə, bu mümkündür. Bizim üçün tənzimləyici qurum olaraq dərsin 8:00-da və ya 9:00- da başlamasının fərqi yoxdur. Məktəb öz vəziyyətinə baxıb qərar verə bilər”,-deyə ekspert bildirib. N. İsrafilov bildirib ki, təhsilin dövlət standartları olduğu kimi, reqlament standartları da olmalıdır: “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini, təhsil prosesinə ümumi rəhbərliyi həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi son sözü də deməlidir. Ancaq bunu sözlə yox, konkret təlimatla verməlidir ki, dərslər 08:00-da, yoxsa 09:00-da başlasın”.
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir"
07:47 04.07.2025
14 yaşlı yeniyetmə terrorçular siyahısına salındı
07:32 04.07.2025
Rusiya Əfqanıstandakı taliban hökümətini tanıdım
07:15 04.07.2025
Belçika SEPAH-ı terror təşkilatları siyahısına saldı
07:02 04.07.2025
Ağ Evdə UFC döyüşü keçiriləcək
06:52 04.07.2025
İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür
06:32 04.07.2025
"İranın raket gücünün 25-30%-i istifadə olunub"
06:02 04.07.2025
"Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək
05:37 04.07.2025
"Ukraynanın istifadə edəcəyi silahların pulunu Rusiya ödəyir"
04:29 04.07.2025
Kiyev bombalanır
03:17 04.07.2025
"Hizbullah" hərəkatı silahı yerə qoymaq üçün şərtləri açıqladı
02:24 04.07.2025
Vanil niyə yoxa çıxır?
01:22 04.07.2025
ABŞ Avropadakı qoşunlarını ciddi azaldacaq
00:19 04.07.2025
Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Hamısı