"Murad Dadaşova görə evimi satdım"

Cəmiyyət 19:24 01.03.2023
"2017-ci ildən "Xəzər TV"də çalışdım. 2020-ci ildə müdriyyət dəyişdi və Murad Dadaşov gəldi. Danışırdı ki, işlərini bəyənirəm. İki müqavilə bağlamışdıq: dram və komediya serialı. Komediya serialını estetik çəkmək istəyirdim. Həmişə deyilirdi ki, niyə düşündürücü yox, yüngül zarafatlar çəkirsiniz? Bu, onlara cavab idi. Sonluğu tərbiyəli cümlələrlə bitirdim. Rusiyanın "Kuxnya" serialından götürmüşdüm". Ednews axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor, rejissor Ramin Hacıyev yutubda "Birinci TV"də qonaq olarkən deyib. O, Xəzər Media Mərkəzinin rəhbəri, Xalq artisti Murad Dadaşovla aralarında yaşanan qalmaqaldan danışıb. O bildirib ki, Dadaşov ona serial sifarişi verib və sonra almaqdan imtina edib: "Bir bölüm çəkdim, çox bəyəndi. Dedi, bir-iki nələrisə, aktyorları dəyiş. Sonra yenə dəyişiklik istədi. Kanalın baş prodüseri Toğrul Məmmədov da nəyisə dəyişməyimi istədi, əlavələr tələb etdi. 10 aktyordan 3 nəfər qaldı, 7-si dəyişildi. Bahalı serial alındı. Günü 400 manata olan maşın kirayə götürmüşdüm. Üstünə də bir 10 bölüm çəkdim. Sonra dedi ki, götürmürəm, bir çox bəhanələr gətirdi: pulum yoxdur, aktyorlar zəifdir, geyim o deyil... Onun dediyi aktyorları seçmişdim. Hər şey bəhanə edəndən sonra dedi, almıram. Ondan sonra səhhətim, reputasiyam döndü. Qırıq məqam oldu orada. Hələ 32 bölüm sifariş olunmuşdu. Hər bölümə 1500 manat verirdi". Ramin əlavə edib ki, bu iş üçün evini satıb: "Bu işə canla-başla evimi satıb, pul qoydum. İşi batırmaq olar, amma məni qırdı. Ortada sifariş və müqavilə var. Əslində elə məqam idi ki, istədim mübahisə edəm, şişirdəm. 50 min pul, işimi, səhhətimi itirdim. Sən demə, yanımda yaxşı dostlarım var idi. Elməddin Cəfərov dəstək oldu. Xəstəxanaya belə düşdüm, amma yenə də Murad Dadaşov serialı götürmədi. Münasibətimiz əvvəl yaxşı idi, çəkdiyim bayağı da deyildi. Müharibə vaxtı idi, heç kim o hayda deyildi. Səsimi çıxartmadım, düşündüm ki, nə vaxtsa, qarşılaşarıq, danışarıq. Mövzu bağlandı... Onda-bundan pul aldım. Bir il işləmədim. Pandemiya idi, iş yox idi. Ailəmi dolandırmağa, borc qaytarmağa dostlar yardım etdi. Heç kim demədi ki, qaytar. İndiyənə kimi birini də qaytarmamışam".
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Ölkə ərazisində yağıntılı hava müşahidə olunub
11:33 12.05.2025
Yaşar Gülər Azərbaycana səfər edəcək
11:29 12.05.2025
Ömər Çelik: PKK-nın ləğvi "terrorsuz Türkiyə" hədəfi üçün önəmli mərhələdir
11:26 12.05.2025
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
11:24 12.05.2025
NASA Veneranın qabığının sürpriz cəhətini ortaya çıxarıb
11:19 12.05.2025
Bəzi çaylarda sululuq artdı
11:10 12.05.2025
Əfqanıstanda şahmat qadağan olunub?
10:56 12.05.2025
Nanəli suyun faydaları açıqlandı
10:54 12.05.2025
Qırğızıstanda zəlzələ baş verib
10:51 12.05.2025
“HƏMAS” ABŞ vətəndaşı olan girovu azad edəcək
10:49 12.05.2025
Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
10:47 12.05.2025
Adı musiqi tariximizin səhifələrinə əbədi yazılmış bəstəkar
10:45 12.05.2025
Bədavi Hüseynov “Qarabağ”ın heyətində çempionatda 250-ci oyuna çıxıb
10:40 12.05.2025
İsrail ABŞ-nin Qəzzaya humanitar yardım çatdırmaq planını dəstəkləyib
10:37 12.05.2025
"Putini mayın 15-də şəxsən Türkiyədə gözləyəcəyəm"
10:35 12.05.2025
Roma Papası gerbini və şüarını açıqlayıb
10:31 12.05.2025
Moqadişoda daşqın olub
10:27 12.05.2025
Misirin Baş naziri: Ölkədə 10 milyondan çox qaçqın var
10:24 12.05.2025
PKK özünü ləğv etdi
10:18 12.05.2025
Abşeron Milli Parkında Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar veloyürüş təşkil edilib
10:10 12.05.2025
Qəzzada ölənlərin sayı 53 minə çatır
10:05 12.05.2025
Hindistanda ağır yol qəzası baş verib
10:03 12.05.2025
Şizofreniya xəstələrinin beyinləri sağlam insanlara nisbətən daha tez qocalır
09:48 12.05.2025
Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
08:12 12.05.2025
Rusiya bu il Azərbaycanda yeni sənaye parkının yaradılmasına ümid edir
07:55 12.05.2025
Omanda İran-ABŞ danışıqlarının növbəti raundu keçirilib
06:25 12.05.2025
Bitkoinin qiyməti bu il ilk dəfə 105 min dolları ötüb
06:07 12.05.2025
Hamısı