“İmam Hüseyn yadigarı Hacı Şahin ölüm xəbəri səhər-səhər ağlatdı məni. Çox sevərdim. Tez-tez də zəngləşərdik. Çox ziyalı, çox işıqlı bir insan idi”.
Bu sözləri Ednews-a millət vəkili Aqil Abbas Hacı Şahinin ölümü ilə bağlı danışarkən deyib.
“Xəbəri eşidəndə nədənsə özümdən aslı olmayaraq 25 yaşında avtoqəzada həlak olmuş qardaşımın ölümü gəldi gözlərimin qarşısına. Həyət adamla dolu idi. Ağlayan kim, saçın yolan kim, ağı deyən kim, anam donub qalmışdı, göz yaşları da yanağında donmuşdu. Atam quruyub oturmuşdu pilləkəndə. Deyəsən qardaşımla birlikdə o da ölmüşdü. Bibim ağı deyirdi, amma qardaşıma yox, öz qardaşına. Atamın bundan sonra necə yaşayacağına, nə əzab çəkəcəyinə ağı deyirdi. Və mən də bu göz yaşlarına və özümün göz yaşlarına dözməyib bibimə qoşulub ağı dedim”.
Deputatın sözlərinə görə Hacı Şahin də Allahın nurundan yaranmışdı. Ona görə də nura çevrildi. Və tərk elədi göyü- yeri.
“Bütün göz yaşları göyərdəmməz Hacı Şahini. Yolun düşsə bu dünyaya birdə gəlmə, Hacı Şahin! Sən bu dinsiz- imansız dünyanın adamı deyildin!”
Oğuz