“Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi: səbəblər və nəticələr” kitabı işıq üzü görüb

Cəmiyyət 14:22 02.03.2023
Amerikanın tanınmış nəşriyyat evlərindən olan Palgrave/Macmillian tərəfindən “Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi: səbəblər və nəticələr” adlı kitab nəşr edilib. 
 
Ednews  xəbər verir ki, Amerikanın tanınmış nəşriyyat evlərindən olan Palgrave/Macmillian tərəfindən Yuta (Utah) universitetinin professoru M.Hakan Yavuzun və Tennessee Texnologiya Universitetinin professoru Michael M.Gunterin müəllifliyi ilə “Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi: səbəblər və nəticələr” adlı kitab nəşr edilib. 
 
Müəlliflərin sözlərinə görə, bu tədqiqatın əhəmiyyəti onun geniş, dissiplinlərarası tədqiqat dairəsi təqdim edən orijinallığı ilə yanaşı, 2020-ci ilin sentyabr-noyabr aylarında baş verən, Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsi ilə nəticələnən və mövcud paradigmanı dəyişdirən müharibədən sonra yazılmış ilk əsər olmasıdır.
 
İllər əvvəl aparılan və artıq təhlilləri köhnəlmiş tədqiqatlardan fərqli olaraq bu tədqiqatın əhəmiyyəti münaqişə ilə bağlı mövcud olan biliklərimizdəki boşluqları doldurmaqdır.
 
Müəlliflər həmçinin onu da vurğulayıblar ki, azərbaycanlılar və ermənilər üçün Qarabağ regionu və keçmiş Dağlıq Qarabağ münaqişəsi tamamilə fərqli mənalar kəsb edirdi. Münaqişə azərbaycanlılara nəyi itirdiklərini daim xatırlatdığı halda, erməniləri “yeni müharibələr, yeni ərazilər” strategiyasına sadiq qaldıqları müddətcə yeni nailiyyətlərə inandırırdı. 
 
Qarabağın tarixi, Birinci Qarabağ müharibəsi, Azərbaycan torpaqlarının 2020-ci ilə qədər işğalı və danışıqlar prosesini ələ alan bu tədqiqat, bütün bu proseslərin fonunda Azərbaycanın gücünü və limitlərini bilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin strateji bacarıqlarını, prosesə realist yanaşma qabiliyyətini və itirilimiş ərazilərin düşmən işğalından azad etmək üçün doğru zamanı gözləməyə imkan verən liderlik keyfiyyətlərini ortaya qoyan İkinci Qarabağ müharibəsinin başlanma səbəblərini və hər iki dövlət üçün nəticələrini analiz edir.
 
Müəlliflərin bildirdiyinə görə, kitab yeddi fəsildən ibarətdir. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edən birinci fəsil çoxmillətli və eyni zamanda,  mürəkkəb etnik quruluşa malik Qafqaz bölgəsinin tarixini qərəzsiz şəkildə təqdim etməyə, Çar Rusiyasının və daha sonra Sovet hakimiyyətinin Qafqaz bölgəsində və eləcə də Qarabağ regionunda oynadığı rolu izah etməyə çalışır. 
 
Qeyd olunur ki, Qarabağın Qüdsü heab edilən Şuşa şəhərinin azərbaycanlılar üçün nə dərəcədə önəmli olduğunu və bu tarixi şəhər Azərbaycan kimliyinin və mədəniyyətinin mədəni irsi üçün nə qədər əhəmiyyət daşıdığını və buna görə də  Şuşanin itirilməsini mədəni yaddaşın itirilməsi olaraq qəbul edən azərbaycanlılar üçün bu şəhərin işğaldan azad edilməsinin nə qədər vacib olduğunu göstərir. 
 
İkinci fəsildə erməni milliyyətçiliyinin Keçmiş Dağlıq Qarabağ münaqişəsinə təsirini ələ alan müəlliflər ermənilərin azərbaycanlıları “geriqalmış, şərqli, asiyalı, müsəlman və türk” kimi qələmə verərək “qeyri-insaniləşdirməsinin” intellektual əsaslarının nə olduğunu, bu yanaşmanın erməni mədəni və siyasi qurumları tərəfindən necə yayıldığını və xristian ictimai rəyini öz tərəflərinə çəkməkdə necə kömək etdiyini, Dağlıq Qarabağ probleminin həlli üzrə diplomatik danışıqların nəticəsiz qaldığı zamanlarda bu “qeyri-insaniləşdirmə” siyasətinin Ermənistanın siyasi mövqeyinə necə təsir etdiyini analiz edirlər.
 
Üçüncü fəsil Birinci Qarabağ müharibəsi və müharibə sonrası məğlubiyyətin Azərbaycan üçün travmaları, müstəqilliyin ilk illərində bu məğlubiyyət sonrası travmanın o dövrkü dövlət institutlarına inamı necə sarsıtdığını, İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağın xatirəsini necə qoruyub saxladığını və onu Azərbaycan kimliyinin özəyinə çevirməyə necə nail olduğunu, Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların uğursuzluğunun Azərbaycan kimliyinə necə təsir etdiyini, Qarabağın Azərbaycan cəmiyyəti və dövlətin legitimliyi üçün əhəmiyyətinin nədən ibarət olduğunu və hökumətin bu istiqamətdə siyasəti nə olduğunu və insanların bu siyasətinə necə reaksiya verdiyini ələ alır. 
 
Dördüncü fəsil öz müqəddəratını təyinetmə və ya ərazi bütövlüyü, beynəlxalq hüquqi/siyasi doktrinaların ziddiyəti və onların Dağlıq Qarabağ üçün nəticələri, Dağlıq Qarabağla bağlı vəziyyətdə daha vacib olan nədir: ərazi bütövlüyü, yoxsa öz müqəddəratını təyinetmə kimi məsələləri analiz edir.
 
Beşinci fəsil 30 illik işğal dövründə ATƏT-in Minsk Qrupu tərəfindən aparılan danışıqlar prosesinin uğursuz olmasını, Rusiyanın danıqışlar prosesində hansı mühüm rol oynadığını və danışıqların uğursuz olmasında Ermənistan rəhbərliyinin rolunu ələ alır.
 
Tədqiqatın altıncı fəsli “İkinci Qarabağ müharibəsi və İlham Əliyevin rolu” adlanır. Bu fəsildə İkinci Qarabağ müharibəsinin başlamasının və qalibiyyətlə başa çatmasının dünyanın bir çox aparıcı dövlətlərinin, o cümlədən ABŞ-ın siyasi institutlarında hər kəsi şoka saldığını bildirən müəlliflər, qələbənin tamamilə Azərbaycan rəhbərliyinə, İlham Əliyevin bu istiqamətdə qəti mövqeyinə və Azərbaycanın hərbi hazırlığına aid olduğuna diqqət çəkirlər.
 
Kitabın yeddinci fəsli Birinci Qarabağ müharibəsindən sonrakı mərhələnin Azərbaycan üçün iqtisadi və sosial nəticələrini ələ alaraq İkinci Qarabağ müharibəsinin nəzərdə tutulmuş və gözlənilməz nəticələrindən bəhs edir.  
 
Kitab 2022-ci ilin sonunda nəşr edilərək oxuculara təqdim edilib. Kitabın müəllifləri Amerikanın məhşur Stenford və Kolumbiya universitetlərində keçirilən tədbirlər zamanı kitab haqqında məlumat veriblər. Kitabla maraqlanan oxucular kitabı amazon.com səhifəsindən əldə edə bilərlər.
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib
10:24 04.07.2025
HƏMAS atəşkəsə razıdır
10:19 04.07.2025
İlham Əliyev ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib
10:16 04.07.2025
Qazaxıstanın Baş naziri ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana gəlib
09:55 04.07.2025
Tacikistan Prezidenti Azərbaycana gəlib
09:38 04.07.2025
ÜST alkoqol, siqaret və qazlı içkilərin qiymətini artırmağa çağırdı
09:31 04.07.2025
"Beynəlxalq Kosmik Stansiyanı təqaüdə göndərməyin vaxtıdır"
09:16 04.07.2025
Yaddaşı və diqqəti yaxşılaşdırmağın ən sadə üsulu açıqlandı
09:10 04.07.2025
Messi "İnter Mayami"də qala bilər
09:01 04.07.2025
Dəniz dibinə "mikroskoplu çamadan" endirildi
08:46 04.07.2025
Suriyanın gerbi dəyişdirildi
08:31 04.07.2025
Cənubi Koreyada yeni baş nazir təyin edildi
08:12 04.07.2025
"Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir"
07:47 04.07.2025
14 yaşlı yeniyetmə terrorçular siyahısına salındı
07:32 04.07.2025
Rusiya Əfqanıstandakı taliban hökümətini tanıdım
07:15 04.07.2025
Belçika SEPAH-ı terror təşkilatları siyahısına saldı
07:02 04.07.2025
Ağ Evdə UFC döyüşü keçiriləcək
06:52 04.07.2025
İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür
06:32 04.07.2025
"İranın raket gücünün 25-30%-i istifadə olunub"
06:02 04.07.2025
"Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək
05:37 04.07.2025
"Ukraynanın istifadə edəcəyi silahların pulunu Rusiya ödəyir"
04:29 04.07.2025
Kiyev bombalanır
03:17 04.07.2025
"Hizbullah" hərəkatı silahı yerə qoymaq üçün şərtləri açıqladı
02:24 04.07.2025
Vanil niyə yoxa çıxır?
01:22 04.07.2025
ABŞ Avropadakı qoşunlarını ciddi azaldacaq
00:19 04.07.2025
Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
Hamısı