Pentaqonun yüksək rütbəli rəsmisi İran və Rusiya hökumətlərinin zərərli fəaliyyətlərinin qarşısını almaq üçün beynəlxalq koalisiya yaratmağa çağırıb.
Ednews xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalında məlumat verilib.
Bildirilir ki, İranın Fordo nüvə obyektlərində zənginləşdirilmiş uran hissəciklərinin aşkarlanması və İran-Rusiya hərbi əməkdaşlığının davam etdirilməsi ilə bağlı hesabatların dərci ilə eyni vaxtda baş tutub.
Bu barədə fevralın 28-də ABŞ müdafiə nazirinin köməkçisinin müavini Dana Struel çağırış edib.
"Biz elə bir mərhələdəyik ki, İran hökumətinin təhdidləri artıq Yaxın Şərqlə məhdudlaşmır və beynəlxalq çağırış sayılır",- o qeyd edib.