Azərbaycanda ancaq 5-6 partiya fəaliyyət göstərir? Partiya rəhbərindən SƏRT AÇIQLAMA

Cəmiyyət 11:00 04.03.2023

Siyasi partiyalar haqqında qəbul edilən yeni qanuna əlavə edilən əsas məqamlardan biri partiyanın qeydiyyatı üçün üzv sayının 1000 nəfərdən azı 5 min üzvə artırılması siyasi arenada varlığını davam etdirmək istəyən kiçik partiyaların digərləri ilə birləşməsinə, ya da fəaliyyətlərini tamamilə dayandıracağı gözlənilir.

Artıq Azərbaycan Naminə Alyans Partiyası ləğv olunmaq barədə qərar qəbul edib. Bu barədə partiya xüsusi Bəyanat yayıb.

ANAP sədri Abutalıb Səmədov bundan sonra fəaliyyətini müstəqil siyasətçi – siyasi ekspert kimi davam etdirəcəyi vurğulanıb. 

Azərbaycanda dövlət qeydiyyatına alınmış 58 siyasi partiya mövcuddur. Vətəndaşlar bu partiyaların demək olar ki, yarısını tanımır. Buna səbəb də partiyaların aktiv üzvünün çox az olmasıdır. Partiyaların əksəriyyəti hətta Mərkəzi Seçki Komissiyasına illik maliyyə hesabatını da təqdim etmir.  

Azərbaycanda bundan sonra partiyalarla bağlı hansı dəyişikliklər ola biləcəyini elə partiya sədrlərindən soruşduq. 

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlunun sözlərinə görə, yeni qanunun tələblərinə cavab verməyən partiyalar tarixin arxivinə gedəcək:

“Azərbaycan Naminə Alyans Partiyasının qərarına hörmətlə yanaşıram. Bu hər bir partiyanın müstəsna hüququdur və onun daxili işidir. Bu tip qərarları partiyanın qurultayı qəbul edir. Artıq şərh vermək doğru deyil bu bir partiyanın daxili işidir. Hesab edirəm ki, doğru qərar veriblər. Hər halda hər bir partiya potensiyalına uyğun qərarlar qəbul edir. 

Bundan sonra analoji halların baş verəcəyi ilə bağlı dəqiq bir fikir demək çətindir. Hər halda yeni qanunun tələblərinə cavab verməyən siyasi partiyaların siyasi arenada qalmayacağı qanun qüvvəyə minəndən bəlli idi. Azərbaycan strukturlaşmış, sosial bazası olmayan siyasi partiyaların tarixin arxivinə getməsilə nəticələnəcək. Böyük odur ki, potensiyalını doğru qiymətləndirərək qərarlar qəbul etməkdir. Daha cığalçılıq etməmək, saxta imzalar tərtib edib dövlət qurumlarına göndərməmək, “ay məni qeydiyyata almadılar” kimi haray-həşir salmadan zəruri qərarlar qəbul etməkdir”. 

Ağ Partiyanın sədri Tural Abbaslının fikrincə çoxluq yaratmaq yerinə, bəzi partiyalar da bu qərarı verməlidir:

“Düşünürəm ki, bunlar təbii haldır və baş verməlidir. Qanun qəbul olunandan sonra oradakı öhdəliklər ağırdır. Müsahibə verəndə deyilən rəqəmlərə fikir verməyin. “Ay mənim 50 min, 100 min üzvüm var”. Artıq 22 ildir ki, partiya işi ilə məşğulam. Mən bilirəm ki, deyilən rəqəmlərin nə qədər ağır məsələlərdir. Əminəm ki, beş min real üzvlə bağlı doğrudan yoxlamalar aparsalar Azərbaycanda 5-6 partiya fəaliyyətini davam etdirə bilər. Qalanları bu rəqəmi düzəldəcək gücdə və ehtimatda deyil. Mən Abutalıb müəllimi də alqışlayıram. Adam etiraf edir ki,bu fəaliyyət ağır olar bizə ona görə biz fəaliyyətimizi dayandırırıq. 

Məsləhət görərdim ki, digərləri də arada yalandan çoxluq yaradıb fikir dağıtmaqdansa elə qərar verib özlərini buraxsınlar. Ortada onsuz 3-5 partiya var. Biz də bilək ki, sözün əsl mənasında ortada partiya var. Xalq da deyir ki, 70 partiya var. Deyə bilmirsən ki, qardaş o qədər partiya yoxdur. Gözləyirəm ki, qanunun qəbulundan sonra partiyaların yarısı bu və ya digər formada fəaliyyətini dayandıracaq”.

Xatırladaq ki, 2021-ci ildə Yeni Azərbaycan Partiyasına (YAP) VII qurultayında Azərbaycanda fəaliyyət göstərən 6 siyasi partiyanın YAP-a qoşulması ilə bağlı qərar qəbul edilib. YAP-a birləşən partiyalar aşağıdakılardır: Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası,  Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası.

Əbülfət Baxşəli

Başına pul mükafatı qoyulan Milli Qəhrəman Albert Aqarunov - ANIM - VİDEO

Xəbər xətti

Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
11:18 08.05.2024
Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə təmir işləri aparılır
11:15 08.05.2024
İngiltərə hava limanlarında sistem çöküb
İngiltərə hava limanlarında sistem çöküb
11:10 08.05.2024
Yaxın aylarda Şuşa DOST Mərkəzi istifadəyə VERİLƏCƏK
11:03 08.05.2024
“Sülh üçün COP29 böyük əhəmiyyət kəsb edir” – Tofiq Abbasov
11:00 08.05.2024
Zaqatalada dönərdən zəhərlənənlərin 15-i uşaqdır - TƏBİB
10:41 08.05.2024
Elçin Əmirbəyov: “Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər”
10:34 08.05.2024
Başına pul mükafatı qoyulan Milli Qəhrəman Albert Aqarunov - ANIM - VİDEO
10:30 08.05.2024
Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək
10:26 08.05.2024
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
10:20 08.05.2024
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
10:16 08.05.2024
Robert Fitso: "Makron ölkəmizdə populyar siyasətçi sayılmır"
10:09 08.05.2024
Umud Mirzəyev Şuşadan danışdı: “Mən o günlərin şahidi olmuşam”
10:00 08.05.2024
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
09:55 08.05.2024
Azərbaycanda bu ilin birinci rübündə gündəlik neft hasilatı göstəricisi açıqlanıb
09:49 08.05.2024
Havaya atəş açan suriyalılar deportasiya edilib
Havaya atəş açan suriyalılar deportasiya edilib
09:47 08.05.2024
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
09:46 08.05.2024
Meyiti tapılan erməni əsgər İNTİHAR EDİBMİŞ
09:38 08.05.2024
Kəlbəcərə dolu düşüb, dağlıq ərazilərdə 1 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA
09:27 08.05.2024
Azərbaycan Slovakiya ilə birgə silah istehsal EDƏCƏK
09:18 08.05.2024
Slovakiyanın Baş naziri Avropa İttifaqını tənqid etdi: "Özünə aşiqdir"
09:00 08.05.2024
BMT Somaliyə humanitar yardım üçün 228 milyon dollar cəlb etmək niyyətindədir
07:25 08.05.2024
Ukrayna rəsmisi: Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatıq
06:40 08.05.2024
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
05:33 08.05.2024
Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib
04:21 08.05.2024
Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək
03:19 08.05.2024
Şotlandiyanın yeni hökumət başçısı məlum olub
02:18 08.05.2024
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
01:00 08.05.2024
202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb - SƏBƏB
00:16 08.05.2024
Paşinyan: “KTMT-nin Ermənistanda qalması üçün müharibə lazımdır”
23:44 07.05.2024
Aygün Bəylərin ailəsi tiktoker Ləmanla bağlı polisə şikayət edib
23:23 07.05.2024
DİQQƏT! Səhiyyə Nazirliyi və Elektron Təhlükəsizlik Xidməti əhaliyə müraciət edib
23:09 07.05.2024
Kilian Mbappenin "Real"da geyinəcəyi forma nömrəsi bəlli olub
23:00 07.05.2024
Polşada ölkənin avroya keçməyə hazırlığı qiymətləndirilib
22:33 07.05.2024
Naxçıvanda ASAN Vəkil Bürosu açılıb
22:12 07.05.2024
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib
21:54 07.05.2024
Quterreş: Qəzzada atəşkəs əldə olunmasa, faciə baş verəcək
21:30 07.05.2024
Azərbaycanın iqlim dəyişikliyi üzrə Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib
21:14 07.05.2024
“ÖLÜM AXTARAN QADIN” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
20:51 07.05.2024
Brüsseldə Azərbaycan-Ermənistan normallaşma prosesində regional dinamika müzakirə edilib
20:49 07.05.2024
Hamısı