Martın 5-də qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu 2-ci Şəhidlər xiyabanında dəfn olunub.
Ednews xəbər verir ki, dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin döyüş yoldaşları və yaxınları iştirak ediblər.
Allah rəhmət eləsin!