Məktəblərdə təhlükəsizlik qaydaları yetərli deyil! Ekspertdən SƏRT AÇIQLAMA

Cəmiyyət 14:30 06.03.2023
Ötən günlərdə  Xətai rayonunda hipermarketlərdən birində baş verən silahlı atışma məktəblərdə təhlükəsizlik məsələlərini gündəmə gətirib. 
 
Bu cür hadisələrin qarşısını almaq üçün məktəblər yüksək səviyyədə qorunmalıdır. Söhbət insan faktorundan gedirsə, bütün təhlükəsizlik qaydalarına diqqətlə əməl olunmalıdır.
 
Bəs, hazırda məktəblərdə mühafizə necə təşkil olunur? Bu qoruma sistemləri təhlükəsizliyi qorumaq üçün yetərlidirmi?
 
 Məsələ ilə Ednews-a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki,  insanların çox olduğu yerdə təhlükəsizlik daha da artırılmalıdır. 
 
“Deyə bilmərik ki, bütün orta məktəblərinin qarşısında 1 və ya 2 polis dayansın. Bu düzgün olmaz. Lakin hər halda şübhəli insanaları tanımağın yollarını, təhlükə anı necə davranmaq lazımdırsa, məktəblilərə öyrətmək lazımdır. Çünki, belə hadisələr birdən olur. Uşaqlar panikaya düşür, bu zaman təhlükə daha çox artır. Mütləq belə hallar üçün məktəblərdə maarifləndici tədbirlər keçirmək lazımdır. Uşaqlarda böyük həyacan yaratmaq, psixoloji təzyiq etmək lazım deyil. Amma məktəb kollektivi, rəhbərliyi və sahə polisi bu işlərdə birlikdə işləməlidirlər. Dünya get-gedə çox qarışır.  Bunun üçündə biz bir qədər çalışmalıyıq ki, təhlükəsizliklə bağlı ayıq-sayıqlığımızı artıraq. Hazırda bəzi məktəbdə qapıda orta yaşlı qadın qapıçı kimi işləyir. Təhlükəsizlik tədbirini artırmaq elə qapıda dayanan qapıçıdıan başlayır. Fiziki gücü daha yaxşı olan və hadisə zamanı necə davranmaq lazım olduğunu bilən mühafizə mütləq hər bir məktəbə lazımdır”.
 
Təhsil eksperti Kamran Əsədov isə ölkə ərazisində 4432 məktəb olduğunu diqqətə çatdırıb.
 
Onun sözlərinə görə, məktəb probelmləri içində ən ciddi problem orada olan mühafizə sistemidir:
 
“Düzdür, ölkəmizdə hüquq-mühafizə orqanları, DTX kriminal vəziyyəti tam nəzarətdə saxlayır. Bizim üçün ciddi təhlükə görsənmir. Son 15 ilə nəzər salsaq görərik ki, hüquq mühafizə orqanları hansı silahlı hadisə olarsa, onun qarşısını tez bir zamanda alıb. İnkişaf etmiş ölkələrdə məktəbdə silahlı atışmalar, terror çox tez-tez olur. Amma belə hal bütün ölkəllər üçün qaçılmazdır. Çox təəssüf ki, məktəb təhlükəsizliyi çox ciddi problemdir. Düzdür, ölkə ərazisində post-patrul xidməti nəzarəti güclüdür. Amma bütün hallarda məktəb təhlükəsizliyinə xüsusi diqqət ayırmaq lazımdır”.
 
K.Əsədov deyib ki, məktəblərin əksəriyyətində mühafizə işlərinə baxdıqda  yaşlı qadınlar, yaşlı kişiləri görmək olur.
 
“Onlar isə ya valideynlərin məktəbə daxil olmasnın qarşısını alırlar ya da uşaqların dərsdən tez  çıxmasına nəzarət edirlər. Amma hansısa hadisə zamanı onlar nəinki məktəbin təhlükəsizliyini təmin etməyə, heç özünü belə müdafiə etmək kimi bacarıqları yoxdur. Təxliyə işlərini bilmirlər. Çox yaxşı olar ki, xüsusi təlim keçmiş, fiziki gücü yaxşı olan şəxslər məktəblərin mühafizəsinə cəlb olunsun. Mütləq belə hadisələr üçün məktəblərdə təlimlər keçirmək lazımdır. Bayaq qeyd etdiyim kimi belə hadisələr qaçılmazdır. Bunun üçün bütün tədbirlər görülməlidir”.
 
Təhlükəsizlik üzrə ekspert Rəşad Rza məktəblərdə olan təhlükəsizlik sisteminin daha da gücləndirilməsinin vacib olduğunu vurğulayıb. 
 
O, qeyd edib ki, insanların çox toplaşdığı, sıx olduğu yerlərdə qorunma artırılmalıdır.
 
“Bura təkcə canlı qüvvə aid deyil. Texnika ilə də təhlükəsizliyi təmin etmək olar. Ümumiyyətlə, mühafizəyə çox ciddi yanaşmaq lazımdır. Təhlükəsizlik ciddi şəkildə təmin olunsa, hadisələrdə ölüm sayı daha az olar. Məktəblərdə isə, əsasən, azyaşlılar olduğu üçün onlarda panika daha çox tez olur. Məktəb və bağçalarda mühafizə sistemi daha güclü olmaldıır ki, kiçik və ya böyük hadisə olarkən tez qarşısı alınsın. Məktəblərdə mühafizəyə ciddi nəzarət başlamalıdır. Biz hələ təhlükəsizlik işlərində gecikmişik”.
 
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə göndərdiyimiz sorğunun cavabını gözləyirik.
 
Məsələni diqqətdə saxlayacağıq.
 
Aysel Şahmar
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin çıxış etdiyi komanda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
Hamısı