Bakının bəzi ərazilərində suyun verilməsində məhdudiyyətllər olacaq.
Bu barədə Azərsu ASC məlumat yayıb.
Məlumata görə, magistral su kəmərində aparılan yenidənqurma işləri ilə əlaqədar bu gün Bakının Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Bülbül, Xəqani, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli, Dilarə Əliyeva və Bəşir Səfəroğlu küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Azərsu ASC-dən Ednews-a verilən məlumata görə, suyun verilməsində problem günün sonunadək həll ediləcək.