Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanıldı.
Bu barədə Ednews-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Bakıda bu gün silahlı insident olub. Hadisə nəticəsində 2 nəfər yaralanıb.
Silahlı insident Bakı Dövlət Sirkinin yaxınlığında - paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb. Olay yerinə əməliyyat qrupu cəlb edilib.