“Kənddən şəhərə” yarmarkaları nə üçün sadəcə iki ünvanda keçirilir? - Rəsmi CAVAB - ednews.net

27 Mart, Bazar ertəsi

(+994 50) 229-39-11

“Kənddən şəhərə” yarmarkaları nə üçün sadəcə iki ünvanda keçirilir? - Rəsmi CAVAB

Cəmiyyət A- A A+

Sabahdan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Novruz bayramı ilə əlaqədar “Kənddən Şəhərə” yarmarkaları fəaliyyətə başlayacaq.

Nazirliyin verdiyi açıqlamya görə, martın 19-dək fasiləsiz olaraq fəaliyyət göstərəcək yarmarkada ümumilikdə 50 regiondan 82 fermer iştirak edəcək. Fermerlər 90-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Yarmarkalar sadəcə iki ünvanda - Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) və Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı) ünvanında fəaliyyət göstərəcək.

Ednews xəbər verir ki, kənd Təsərrüfatı Nazirliyinin Mətbuat katibi Vüqar Hüseynov Bizim.Media-ya yarmarkanın nəyə görə sadəcə iki ünvanda təşkil olunması məsələsinə aydınlıq gətirib: 

“Uzun müddətdir ki, yarmarka iki ünvanda keçirilir. Yarmarka sayı iştirak etmək istəyən, qeydiyyatdan keçən fermerlərin sayına görə müəyyənləşir. Çox fermer müraciət etsə, daha çox ünvanda yarmarka təşkil edə bilərik. Hələlik iki ünvanda başlayırıq”.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...