Şəkidə qatar yük maşınını vurub.
Ednews xəbər verir ki, hadisə səhər saatıarında Yevlax-Balakən dəmiryol xəttinin Şəki rayonu Cəyirli kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan qatar Şəki rayonu Qaraqoyunlu kənd sakini, 1965-ci il təvəllüdlü Zəkəriyyə Məhərrəm oğlu Məmmədovun idarə etdiyi “Qazel” markalı xırdatutumlu yük maşınını vurub.
Qəza zamanı sürücü Z.Məmmədovun yüngül xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.