Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Ednews apa.az-a istinadən xəbər verir ki, Kürdəxanı qəsəbəsində Rahim Kazımov idarə etdiyi "Ford" markalı avtomobillə qarşı hərəkətdə olan Aqil Rəhmanovun idarə etdiyi eyni markalı yük avtomobili ilə toqquşub.
Nəticədə Aqil Rəhmanov hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.