"Xocalı soyqırımı islamofobiyanın nümunəsidir".
Ednews xəbər verir ki, bu sözləri Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, kiminsə dini inancını müqayisə etmək olmaz.
"Qanun qarşısında hər kəs bərabərdir. İslamofobiya müsəlmanlara, dini kitablarına, inanclarına qarşı fobiyanın olmasının göstəricisidir. Bu gün şahid oluruq ki, İsveç və Fransada İslamofobiya çox yayılıb. Şifahi zorakılıq pik həddinə çatıb. Təəssüflər olsun ki, müsəlmanların peyğəmbərinə, kitabına aid olan şəkillər çəkilir. Sonra yandırılır. İnsanların həssas nöqtələrinə toxunmaq olmaz. İslamofobiya son dövrlər özünü daha çox göstərir. Ermənistan tərəfdən də bunu görə bilərik ki, işğaldan azad edilmiş ərazilərdə neçə dini abidələr dağılıb. Xocalı soyqırımı İslamofobiyanın göstəricisidir. Sırf ordakı insanlar müsəlman olduğu üçün o insanlar qətlə yetirilib", deyə o bildirib.
Aysel Şahmar