Beynəlxalq Əfv Təşkilatı İranla bağlı hesabat yayıb.
Ednews xəbər verir ki, hesabatda deyilir:
"İran hökuməti etirazları yatırmaq və narazıları susdurmaq üçün gənc və yeniyetmələrə qarşı dəhşətli işgəncə növlərinə, hətta cinsi zorakılığa əl atıb. Uşaqlara və yeniyetmələrə qarşı bu cür zorakılığın tətbiqi İranda gəncləri sıxışdırmaq və bu ölkədə azadlıq və insan haqları tələbinin qarşısını almaq üçün qəsdən həyata keçirilən strategiyadır”.
Beynəlxalq Əfv Təşkilatının Almaniya üzrə nümayəndəsi və İran məsələləri üzrə eksperti Diter Karq bütün ölkələri, o cümlədən Almaniyanı İran hakimiyyətini bu cinayətlərə görə məsuliyyətə cəlb etmək üçün ciddi tədbirlər görməyə çağırıb.