İspaniyanın gözəl şahzadəsi Leonor əsgərliyə gedəcək - FOTOLAR - ednews.net

22 Mart, Çərşənbə

(+994 50) 229-39-11

İspaniyanın gözəl şahzadəsi Leonor əsgərliyə gedəcək - FOTOLAR

Cəmiyyət A- A A+

İspaniyanın gələcək kraliçası şahzadə Leonor əsgərliyə gedəcək.

Ednews xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Marqarita Robles mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İspaniya kralı Felipenin böyük qızı, 17 yaşlı vəliəhd şahzadə Leonor üç il hərbi təhsil alacaq:

"Bu, şahzadə Leonorun gələcək dövlət başçısı roluna hazırlaşmağı üçün vacibdir. O, təhsilini başa vurduqdan sonra ordu və donanmada leytenant rütbəsi alacaq. Hava qüvvələri təhsili də alacaq şahzadə burada da komandir rütbəsinə çatacaq. Bu təhsili başa vurduqdan sonra şahzadə istəsə universitet təhsilini davam etdirmək hüququna da sahib olacaq. Artıq şahzadə Leonorun hərbi hazırlığını və karyerasını formalaşdıracaq hərbi xidmət üçün zəruri fərman təsdiq edilib".

 

Qeyd edək ki, şahzadə Leonorun hazırlığının avqust və ya sentyabrda başlayacağı gözlənilir.

1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...