Maarifləndirmə tədbirləri keçirib - FHN - ednews.net

22 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Maarifləndirmə tədbirləri keçirib - FHN

Cəmiyyət A- A A+
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
 
FHN-dən Ednews-a verilən xəbərə görə,Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi tərəfindən Məmmədli kənd tam orta məktəbində, Gəncə Regional Mərkəzi tərəfindən Gədəbəy şəhəri 2 nömrəli tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Şəki şəhəri 5 nömrəli və 8 nömrəli tam orta məktəblərində, Cənub Regional Mərkəzi tərəfindən Astara şəhər C.Babayev adına 3 nömrəli tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Beyləqan şəhəri 5 nömrəli tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Quba rayonu Amsar kənd tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Sabirabad rayonu Çığırğan kənd tam orta məktəbində və Aran Regional Mərkəzi tərəfindən Ağdaş Dövlət Humanitar Kollecində maarifləndirmə tədbirləri keçirilib.
 
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
 
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
 
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...