Bakıda bu bankdan 316 min manat və 32 min dollar oğurlandı - ednews.net

21 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Bakıda bu bankdan 316 min manat və 32 min dollar oğurlandı

Cəmiyyət A- A A+

Müştərilərin "BTB Bank" ASC-dəki depozit otağına yerləşdirdiyi 316 min manat və 32 min ABŞ dolları nağd pulu oğurlanıb.

Ednews report.az-a istinadən xəbər verir ki, hadisə martın 17-si saat 18:00 radələrində paytaxtın Xətai rayonu, Y.Səfərov küçəsi 21 saylı ünvanda yerləşən ofisdə qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Qrinkeviç Sergey Oleqoviç və 1976-cı il təvəllüdlü Babayev Aleksey Ramizoviç "BTB Bank"ın müştərilərinin depozit otağından 316 manat və 32 min ABŞ dolları məbləğində nağd pulu oğurlayıblar.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...