Bu ölkədə deputatlar TikTok-dan istifadə edə bilməyəcək - ednews.net

4 İyun,

(+994 50) 229-39-11

Bu ölkədə deputatlar TikTok-dan istifadə edə bilməyəcək

Cəmiyyət A- A A+
Çexiya parlamentində "TikTok" mobil proqramından istifadəyə qadağa qoyulub.
 
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Çexiya radiosu məlumat yayıb.
 
Qadağa Milli Kiber və İnformasiya Təhlükəsizliyi Direktorluğunun tövsiyəsi əsasında parlament rəhbərliyi tərəfindən tətbiq edilib.
 
Qərar, deputatlara, onların köməkçilərinə və ali qanunverici orqanın əməkdaşlarına şamil edilir.
 
Bundan əvvəl Praqa meriyası da işçilərinə Pekində yerləşən ByteDance şirkətinə məxsus TikTok-dan istifadəni dayandırmağı tövsiyə etmişdi. Pekində yerləşən ByteDance şirkətinə məxsus təhlükəsizlik üçün əhəmiyyətli risk hesab edilir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...