Qənirə Paşayeva Oqtay Əliyevin ölümündən DANIŞDI - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Qənirə Paşayeva Oqtay Əliyevin ölümündən DANIŞDI

Cəmiyyət A- A A+
Millət vəkili Qənirə Paşayeva Oqtay Əliyevin ölümündən yazıb.
 
Ednews xəbər verir ki, o, sosial hesabında bunları qeyd edib:
 
“Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissor, "Biz +" jurnalının təsisçisi Oqtay Əliyevin avtomobil qəzasında həlak olduğunu eşitdim, çox üzüldüm.
 
Ulu Tanrı rəhmət eləsin. Sənətçinin ailə üzvlərinə, doğmalarına dərin hüznlə başsağlığı verir, səbr diləyirəm.
 
Eyni avtomobildə qəzaya düşüb yaralanan Xalq artistimiz Mehriban Zəki və Əməkdar artistimiz Dilarə Əliyevaya tezliklə öz sağlamlıqlarına qovuşmalarını arzulayıram. Böyük keçmiş olsun”, - deyə Qənirə Paşayeva əlavə edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...