Martın 25-də saat 09:30 radələrində Şabran rayonu Uzunboyad kəndi ərazisində qatarla traktor toqquşub.
DİN-in mətbuat xidmətinin regional qrupundan Ednews-a bildirilib ki, ilkin məlumata görə toqquşma nəticəsində traktor 1978-ci il təvəllüdlü Nemət İsgəndərovun üzərinə aşıb. O hadisə yerində ölüb.
Araşdırma aparılır.