Bəstəkar-müğənni Murad Arif mahnılarını onun icazəsi olmadan ifa edən şəxslərə "od püskürüb".
Ednews xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Murad onun bəstələrini icazəsiz oxuyanlara halallıq vermədiyini yazıb:
“Popurilərimi icazəsiz, halallıq almadan oğurlayıb oxuyanlar, siz necə həyasız adamlarsınız?! Həm oğurlayırsınız, həm də bunu paylaşıb reklam edirsiniz. Birinizdən Murad Arif haqqında soruşsalar, bəlkə ağız da büzərsiniz.
Amma halal zəhmətimlə, büdcəmdən kəsib yığdığım, günlərlə enerjimi, zövqümü, diqqətimi sərf etdiyim işlərə belə it milçəyi kimi daraşırsınız. Ölün, haram olsun”.