Xalq artisti Mehriban Zəki müalicə aldığı xəstəxanadan evə buraxılıb - ednews.net

10 İyun, Şənbə

(+994 50) 229-39-11

Xalq artisti Mehriban Zəki müalicə aldığı xəstəxanadan evə buraxılıb

Cəmiyyət A- A A+

Xalq artisti Mehriban Zəki müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Bu barədə Ednews-a aktrisanın sənət dostu Turan Uğur məlumat verib.

Onun sözlərinə görə, Mehriban Zəkinin səhhətində problem yoxdur: "Artıq hər şey qaydasındadır. Özünü yaxşı hiss edir".

Xatırladaq ki, Xalq artisti Mehriban Zəki martın 22-si Abşeron rayonu Saray qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Həmin qəza zamanı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva da yüngül bədən xəsarətləri alıb.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...