Ağdaşda Ləki qəsəbəsindən keçən yolda gecə saatlarında “KamAz” markalı iki yük avtomobili toqquşub.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, hadisə nəticəsində sürücülərdən biri 1965-ci təvəllüdlü İsmayılov Elçin İsmayıl oğlu ağır bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Vəziyyəti ağır olan sürücü xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.