Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Ednews xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.
Belə ki, 1 minik və 1 hərbi tibb avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib. Həmin maşınların içərisində mülki şəxslər olub.
Bir minik avtomobil isə əks tərəfə keçib.
Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 118 nəqliyyat vasitəsi maneəsiz hərəkət edib.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 116 gündür davam edir.