Son 5 ildə İran İslam Respublikasından Azərbaycana gətirilən narkotik vasitələrin həcmi 9 dəfə artıb.
Ednews "apa.az" a istinadən xəbər verir ki, bunu müsahibəsində Dövlət Sərhəd Xidməti rəisinin əməliyyat-axtarış işi üzrə müavini, general-leytenant Firuz Şirinzadə deyib.
O bildirib ki, 2018-ci ildə 144,8 kq, 2022-ci ildə isə 1 ton 302 kq narkotik vasitə İİR ilə dövlət sərhədindən qanunsuz yolla gətirilərkən tərəfimizdən aşkarlanıb:
"Son 5 ildə narkotik qaçaqmalçılığına görə 55 İran vətəndaşı saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub".