"TƏZADLAR"IN 30 YAŞI TAMAM OLDU-TARİX ÜÇÜN YAZILANLAR...

Cəmiyyət 14:14 09.04.2023
...Bu gün Azərbaycanın çağdaş fikir tarixində öz dəsti-xətti və öz yolu olmuş "Təzadlar" qəzetinin 30 yaşı tamam olur.
 
Ednews Tezadlar.az saytına istinadən xəbər verir ki, 1993-cü ilin aprelin 9-da ilk sayı çapdan çıxmış qəzet ötən dövrdə bütün çətinliklərə, məhkəmə süründürməçiliyinə və bəzi kənar təsirlərə- təzyiqlərə baxmayraq bu günədək dayanmadan nəşr olunmaqdadır. O illəri və qəzetin keçdiyi çətin, qalmaqallı yolu dünənin hadisələri kimi xatırlayıram: dünya şöhrətli alim Xudu Məmmədovun türk dünyasının ustad şairi  Bəxtiyar Vahabzadəyə vəsiyyəti kimi qəzetin adı "Təzadlar" seçiləndə çoxları bu sözün bəlkə də məna və mahiyyətini dürüst bilmirdi. Amma sonradan yaşadığımız hadisələr bir daha göstərdi ki, nəinki həyatımız, elə Azərbaycanığmız da təzadlı-ziddiyyətli tarixi yaşamışdır, yaşamaqdadır.
 
Bəzən "Təzadlar" qəzetinin yaşadığı hadisələri təhlil edəndə Azərbaycanın başına gələn hadisələrin başına gələcəklərin ən pisi olmaması (Bu fəlsəfi-elmi fikir dünya şöhrətli alim Rafiq Əliyevə məxsusdur) qənaətini görür və bir oxşarlığın şahidi oluram. Azərbaycan müstəqilliyə, azadlığına can atdıqca xarici və daxili düşmənlərinin təzyiq və gözügötürməzliyinə nə qədər məruz qalıbsa, "Təzadlar" qəzeti də azad və müstəqil fəaliyyətə könül verdikcə başına nələr gəlməyib!
 
 30 ildir «Qarabağı xilas etməyən xalqı Allah da xilas etməyəcək!» şüarı ilə nəşr olunan qəzetin baş redaktoru kimi başıma və başımıza nələr gəlmədi! Mən 2009-cu ildə əsassız olaraq həbs ediləndə Prezident İlham Əliyevin bu həbsə sərt reaksiyasından 2 gün sonra məhkəmə qərarı ilə bəraət alaraq həbsdən azad edildim (ATƏT-in və «Human Rights Watch»ın illik hesabatında bu addım təqdir edilmiş, Azərbaycan Prezidentinə minnətdarlıq bildirilmişdir).... 2000-ci ildə peşə fəaliyyətimə görə bir rayonun icra başçısı tərəfindən mənzilimə əlibıçaqlı cinayətkarın göndərilməsini, DİN-də bu cinayətlə bağlı istintaq başlamasını, 2016-cl ilin martında şəxsi mənzilimə, həmin ilin avqustunda isə şəxsi avtomobilimə benzin tökülərək eyni dəsti-xətlə yandırılmasını xatırlayıram(DİN-də hələ də istintaq gedir, zərərçəkmiş kimi tanınmışam).
 
 Bu hələ harasıdır, Azərbaycan Mətbuat Şurasını faktiki idarə edən Bəxtiyar Sadıqovun birbaşa rəhbərliyi ilə haqsız və ədalətsiz olaraq "Təzadlar" qəzetinin adlnın 2 dəfə "qara siyahı" ya saldırılmasını, redaksiyanın nəinki layihələrdən kənar saxlanılmasını, hətta əməkdaşlarının Milli Mətbuat Günü tədbirlərinə buraxılmamasını... mən necə xatırlamayım? Təkrar edirəm, başımıza gələnlər eyni ilə Azərbaycanın başına gələnlərin eynisi deyilmi?! Hələ çoxsaylı süni, təşkil edilmiş məhkəmə iddialarını demirəm...
 
 Amma zaman göstərdi ki, "qara siyahı"lıq kimlər idi! Bu gün adlna "reket" deyilən bu qəzetin iki əməkdaşı-mən və Yasəmən Məmmədli 2020-ci ilin 44 günlük Zəfər müharibəsi günlərində Azərbaycan həqiqətlərini TRTAJANS xətti ilə (sədri Azərbaycansevər Salih Kurtdur) dünya mediasında yayımladığımıza görə, Avropa Mətbuat Federasiyasının üzvü seçilmişik (Azərbaycandan AMF-nin hələki yeganə üzvü olan jurnalistlərik). 
 
 Qəzetin rəsmi saytı olan tezadlar.az Dövlət reyestrinə daxil edilib və üçüncü dəfədir Medianın İnkişafı Agentliyinin müsabiqə layihələrində iştirak edir (qəzet keçmiş KİVDF-nin də ilk layihəsində qalib olmuşdu).  
 
 Qəzetin Xocalı faciəsi ilə bağlı məqaləsi 2014-cü ildə ABŞ-ın Kaliforniya ştatının Mərkəzi Kitabxanasının kataloquna salınmışdır, bu gün də həmin kataloqdadır.
 
Təvazökarlıqdan uzaq olsa da, bu gün "Təzadlar"ın bazaslnda Tezadlar TV yaradılıb (İranın şikayəti əsasında müvəqqəti bloklanıb, amma TTV AZ akkauntu ilə yayımdadır) və YouTube üzərindən yayımlanır. Mən Dünya Türk Jurnalistləri Birliyinin üzvüyəm, 4 dildə yayımlanan TRTAJANS Holdinqinin İdarə Heyətinin sədr müavini və Azərbaycan üzrə nümayəndəsi, Türkiyənin anadoluyakasihaber.com və ilkhavadis.com saytlarının köşə yazarıyam. 
 
 Siyasi tərəfsiz olan, Azərbaycan dövlətinin müstəqil media siyasətini dəstəkləyərək fəaliyyətini davam etdirən qəzetə mənəvi dəstək olmuş hər kəsə, dəyərli oxucularımıza, bütün çətinliklərə 30 ildir dözən, mətinləşən kollektiv üzvlərinə minnətdaram. Belə bir məsuliyyətli gündə qəzetin təsis olunmasında iştirak etmiş, xeyir-dua vermiş Azərbaycanın tanınmış simalarını-qəzetin ilk dəfə adını vermiş görkəmli alim Xudu Məmmədovu (qəzetin adı Xudu Məmmədovun əsərlərinin ifadəsidir), Xalq şairlərimiz-Bəxtiyar Vahabzadəni, Məmməd Arazı, professor Nurəddin Rzanı, sabiq «OMON» komandiri Rövşən Cavadovu, professor Famil Mehdini, unudulmaz şair Şahmar Ələkbərzadəni ehtiramla yad edir, Azərbaycanın Əməkdar Hüquqşünası, professor İlham Rəhimova, neftçi alim Yusif Səmədova, tanınmış hüquqşünas Adil Minbaşıya… dərin minnətdarlığımızı yetiririk!
 
XXX 
 
 Belə işıqlı ziyalıların təsis etdikləri qəzetin 30-cu yaşının Qarabağın işğal altında qalmış torpaqlarının azadlığı ilinə və Ramazan günlərinə təsadüf etməsi də yəqinki təsadüfi hadisə deyil! Çünki böyük alimlərin sözüdür: hər bir təsadüf zərurətdən doğur!
 
Biz də zərurətdən doğulduq...  Ona görə də 2001-ci ildə Milli Mətbuat Günündəki görüşümüzdə "Mən sizin qəzeti həmişə oxuyuram..." deyərək mənə dəyərli məsləhətlər verən Ulu Öndər Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edir, "Ruhu şad olsun!" deyirəm!
 
Eləcə də, 2009-cu ildə mənə həbs edilmiş jurnalist olaraq azadlığımı qaytarmış, 2020-ci ildə isə 30 ildir ərazisi mənfur ermənilər tərəfindən paramparça edilmiş Qarabağa azadlıq gətirmiş Ali Baş Komandan İlham Əliyevə dərin və sonsuz  minnətdarlığımı çatdırıram!
 
Ən çətin məqamda, Mətbuat Şurasının əsassız təzyiqləri zamanında bizə mənəvi dəstək göstərmiş "Azərsun Holding" rəhbərliyinə,  şəxsən Abdulbari Gözala təşəkkürümü yetirirəm!
 
Başımıza gələn bütün qalmaqallara, "qara siyahı"lara və s. baxmaraq ədalətli mövqeyi ilə bizə mənəvi, layihələri ilə maddi dəstək göstərmiş Medianın İnkişafı Agentliyinin rəhbərliyinə, bütün komandaya, şəxsən Əhməd İsmayılova təşəkkür borcumu çatdırıram!
 
Şeyx Şamil deyirmiş: aqibətini düşünən əsgərdən igid çıxmaz!
 
Biz aqibət düşünmədik! Düşünsəydik, başımıza gətirilən o müsibətləri yaşamazdıq!
 
Biz Azərbaycanı, onun haqq işini, ermənilər tərəfindən yurdları dağıdılmış, ərazisi paramparça edilmiş Qarabağı, bir də içimizdəki ədaləti düşündük! 
 
Sonda: bir dəfə Azərbaycanı daxildən korrupsiya əməlləri ilə didib-parçalayanlar barədə konkret adı və ünvanı ilə bir yazı dərc etmişdik... Tanımadığımız bir məsul şəxs zəng edib hədə ilə dedi: "...Görün ananızı necə ağladacağıq!". Mən də dedim: "...Sizi bilmirəm, bizim anamız Azərbaycandır, onsuz da uzun illərdir ağlar qoymusunuz...".
 
ALLAH Azərbaycanı qorusun!
 
Asif MƏRZİLİ
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
23:00 12.05.2024
Quba və Xaçmaza dolu yağır
Quba və Xaçmaza dolu yağır
22:40 12.05.2024
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
22:20 12.05.2024
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
22:00 12.05.2024
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
21:40 12.05.2024
Nigerlə Benin arasında neft qalmaqalı yaşanır
21:20 12.05.2024
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
21:00 12.05.2024
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
20:45 12.05.2024
Şuşada 23 rəssamın əsərləri nümayiş olunur
20:30 12.05.2024
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
20:20 12.05.2024
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
20:00 12.05.2024
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə uduzub
19:40 12.05.2024
Gürcüstan Prezidenti Tbilisidə etiraz iştrakçilarını diqqətli olmağa çağırıb
19:20 12.05.2024
NASA Marsa 2 ayda gedə biləcək raket hazılayır
19:00 12.05.2024
ATƏT sədrinin Cənubi Qafqaza səfərinin vaxtı məlum olub
18:40 12.05.2024
XİN Braziliyaya başsağlığı ünvanlayıb - FOTO
18:20 12.05.2024
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
18:00 12.05.2024
İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində 28 nəfər ölüb
17:40 12.05.2024
Britaniya Qəzzaya humanitar yardım çatdırmaq üçün qoşun göndərməyəcək
17:20 12.05.2024
Sahibə Qafarova Özbəkistanda Asiya Qadın Forumunda iştirak edəcək
17:00 12.05.2024
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
16:40 12.05.2024
Rusiyanın bu ölkədəki səfiri öldü
16:20 12.05.2024
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
16:07 12.05.2024
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
16:00 12.05.2024
Gürcü bloqer Uça Abaşidze və xanımı həbs edilib
15:40 12.05.2024
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
15:20 12.05.2024
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
15:00 12.05.2024
Zaxarova “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın “cənazəsi” adlandırdı
14:40 12.05.2024
Ukrayna Belqorod şəhərinə zərbə endirdi: 4 ölü, 21 yaralı var
14:20 12.05.2024
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
14:00 12.05.2024
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
13:40 12.05.2024
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq
13:20 12.05.2024
Şalva Papuaşvili: Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
13:00 12.05.2024
Venesuela Qayana ilə mübahisəli ərazidə körpü tikir
12:40 12.05.2024
Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
12:20 12.05.2024
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Hamısı