Aprelin 2-nə keçən gecə Nizami rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Ednews-a bu barədə DİN-dən məlumat verilib.
Bildirilib ki, Nizami RPİ 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb, həmin mağazadan spirtli içkilər və tütün məmulatlarının oğurlanması, həmçinin orada quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərilməsi məlum olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə bu əməli törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Vüsal Hüseynli, Əmirxan Abdiyev və Abdulla Ələsgərli müəyyən olunaraq saxlanılıbar. Araşdırma aparılır.