“Hazırda 51 proaktiv xidmətimiz var. Bu xidmətlər nəticəsində müarciət edən vətəndaşın məlumatlar avtomatik yoxlanılıb, geri dönüş edilir”.
Ednews xəbər verir ki, bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov deyib.
O qeyd edib ki, vətəndaşlar mütləq şəkildə şəxsiyyət vəsiqəsinin aktiv olmasını baxmalıdırlar.
“Digər bir məsələ isə vətəndaşları məlumatlandırmaq üçün onların mobil telefon nömrəsinə bildirişlər göndəririk. Bəzən görürük ki, bir neçə nömrə bir şəxsin adınadır. Vətəndaşlar öz məlumatlarının aktuallığını təmin etsələr yaxşı olar. Ailə üzvləri ilə bağlı da problemlər yaşayırıq. Bəzi vətəndaşlar onlayn şəkildə nazirliyə müraciət edərkən çox qısa məlumatlar yazırlar. Bu zaman onların sorğusu cavablandıra bilmirik. Hazırda 51 proaktiv xidmətimiz mövcuddur. Vətəndaşların məlumatlari götürülür. Müraciəti üzrə dəyərləndirilir”.
Aysel Şahmar