Azərbaycana gələn turistlərin sayına görə Türkiyə ilk beş ölkə arasındadır.
Ednews "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu 26-cı Şərqi Aralıq dənizi Beynəlxalq Turizm Sərgisi çərçivəsində Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov bildirib.
Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycana Türkiyədən 311 min turist gəlib.