Mayın 10-11-də İstanbulda taxıl müqaviləsi üzrə yüksək səviyyəli görüş keçirilməsi planlaşdırılır.
Ednews TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.
O bildirib ki, görüş dördtərəfli formatda keçiriləcək.
"Bizim sabah və o biri gün İstanbulda dördtərəfli formatda yüksək səviyyəli görüşümüz var", - deyə rusiyalı diplomat bildirib.
Bundan əvvəl məlum olub ki, Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələrinin mayın 5-i cümə günü elan etdiyi taxıl sazişinin müzakirəsi gələn həftəyə təxirə salınıb. Müqaviləni müzakirə etmək əvəzinə, ilkin texniki danışıqlar aparıldı. Türkiyə tərəfinin nümayəndələri görüşün “BMT-nin texniki heyətinin, Türkiyə, Rusiya və Ukraynanın iştirakı ilə toplantı keçirmək zərurəti” səbəbindən təxirə salındığını dəqiqləşdirib.