Avropanın 21 ölkəsi və 104 şəhərində aparılan araşdırma zamanı bəlli olub ki, çirkli sularda kokain, metamfetamin, amfetamin, MDMA və ketamin metabolitlərin artıb. Bu da Avropa şəhərlərində narkotiklərlə mübarizə kifayət qədər effektiv olmadığını göstərir.
SCORE qrupu və Narkotiklər və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzi (EMCDDA) tərəfindən tullantı sularının təhlili Avropa şəhərlərində narkotiklərin qanunsuz istifadəsinin artdığını üzə çıxarıb.
Tullantı sularının tədqiqinin dərman istifadəsi və təchizatı dinamikası ilə bağlı qurulmuş bir intizam halına gəldiyini vurğulayan EMCDDA-nın direktoru Alexis Goosdeel bildirib ki, tapıntılar həm geniş yayılmış, həm də mürəkkəb olan narkotik probleminin mənzərəsini bütün çılpaqlığı ilə üzə çıxarıb.
“Bu maddələrdemək olar ki, hər yerdə aşkar edilib".
Sevinc Kamalova