“Heç bir halda boşanmaların qarşısını almaq mümkün deyil və zorla da bunun qarşısını almağa ehtiyac yoxdur”.
Ednews xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, ailə institutunun möhkəmləndirilməsi üçün birgə və təşkilati hüquqi tədbirlər görülsə də, nəticə ürəkaçan deyil.
“Bu daim təkmilləşən proses olmalıdır. Hüquqi baxımdan Milli Məclis bu istiqamətdə bir çox işlər görüb. Nikah qabağı tibbi müayinə, nikah yaşının qızlar üçün 18-dək yüksəldilməsi, erkən nikahlara görə cinayət məsuliyyətinin daha da sərtləşdirilməlidir. Ailə mübahisələrinin öncədən mediasiyada müzakirəsi və s. buna misaldır. Heç bir halda boşanmaların qarşısını almaq mümkün olmur”.