Məlum olduğu kimi, mayın 17-də İranla Rusiya arasında Rəşt-Astara dəmir yolu xəttinin çəkilməsi ilə bağlı saziş imzalanıb. Ehtimal olunur ki, Rəşt-Astara xətti Moskva və Tehranın, Astara (İran) - Astara (Azərbaycan) xətti isə Moskva, Tehran və Bakının iştirakı ilə tikiləcək.
Əgər bu xəttin reallaşması baş tutarsa, Azərbaycan üçün hansı iqtisadi əhəmiyyətə malik olacaq? Azərbaycan iqtisadiyyatına və büdcəsinə hansı dividendlər gətirəcək?
Bu barədə Ednews-a iqtisadçı ekspert Günay Hüseynova bildirdi ki, layihə Rusiyadan Hindistana həmçinin Şimal və Qərbi Avropaya gedən daşınmaların müddətinin azaldılması, Rusiya,Azərbaycan və İran dəmir yollarının birləşməsi nəzərdə tutulur:
“Bu razılaşma təkcə iki ölkə arasında deyil, həm də region ölkələri üçün əhəmiyyət kəsb edəcək. Bu layihəyə daxil olan ölkələr arasında qurulan ticari, iqtisadi münasibətlərin daha da güclənəcəyi gözlənilir. Lakin Azərbaycan üçün bu dəmir yolunun açılması istehsal iqtisadiyyatını bir növ sual altında qoyur. Ölkəmiz əsasən zəruri malları idxal edir nəinki ixrac. Həmçinin region ölkələrinin istehsalda ixtisaslaşması, yüksək texnologiyaya keçid, Hindistan kimi ölkələrdə ucuz işçi qüvvəsinə əsasən məhsulun maya dəyərindəki ucuzluq və.s bu kimi şeyləri nəzərə almaq lazımdır. Yəni burada əsas bazara çıxmaq deyil rəqabətə davamlılıq, dünya bazarına keyfiyyətli məhsul çıxarmaq və made in Azərbaycanı bir brend kimi tanıtmaq əsas məsələdir.
İqtisadiyyatımız üçün faydalı olacaq lakin burda maksimum fayda əldə etməmiz üçün yerli istehsalı ilk növbədə buna hazır etməliyik”.
Oğuz