Daşkəsəndə SELİN FƏSADLARI - Elektrik enerjisinin verilməsi dayanıb - ednews.net

1 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

Daşkəsəndə SELİN FƏSADLARI - Elektrik enerjisinin verilməsi dayanıb

Cəmiyyət A- A A+
Daşkəsən rayonuna yağan leysan yağışlar və dolu bir neçə kəndlərdə fəsadlar törədib.
 
Ednews  xəbər verir ki, ötən gün axşam saatlarından başlayaraq yağan leysan yağışlar və dolu səbəbindən rayonun Qabaqtəpə, Kəmərqaya, Almalı və Bayan kəndlərində fəsadlar yaranıb.
 
Kəmərqaya kəndində evlər ciddi zərər görüb. 
 
Kəskin hava şəraiti səbəbindən 200 metr uzunluğunda qaz xətti zərər görüb. 2 transformatorun yanması nəticəsində isə elektrik enerjisinin verilməsi dayanıb. Əkin sahələrinə, təsərrüfata ziyan dəyib. Ərazilərə aidiyyəti qurumların əməkdaşları və texnikaları cəlb olunub.
 
Fəsadların aradan qaldırılması istiqamətində işlər aparılıb. Hazırda dəymiş ziyan hesablanır.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...