Azərbaycanda özəl pensiya fondları yaradılmalıdırmı? - Deputatdan TƏKLİF - ednews.net

4 İyun,

(+994 50) 229-39-11

Azərbaycanda özəl pensiya fondları yaradılmalıdırmı? - Deputatdan TƏKLİF

Cəmiyyət A- A A+

Son zamanlar Azərbaycanda özəl pensiya fondlarının yaradılması məsələsi müzakirə olunur. Bu məsələ uzun müddətdir ki, zamanla gündəmə gəlsə də helə ki, müzakirə obyekti olaraq qalır. Dünya praktikasına nəzər salsaq özəl pensiya fondlarının uğurlu fəaliyyətinin şahidi ola bilərik. 

Bəs, Azərbaycanda nə vaxtsa özəl pensiya fondları yaradıla bilərmi?

Məsələni deputat Vahid Əhmədovla müzakirə etdik. O, məsələ ilə bağlı Ednews-a açıqlaması zamanı qeyd edib ki, özəl pensiya fondunun yaradılması ilə bağlı bir neçə dəfə Milli Məclisdə məsələ qaldırıb.

“Azərbaycanda özəl pensiya fondları olmalıdır. Bir pensiya fondu yox, bir neçəsi olmalıdır ki, rəqabət olsun. Vətəndaşlarda imkanları daxilində istədikləri quruma müraciət etsinlər. Hələ ki, qanun layihəsi bizə daxil olmayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bildirilib ki, bu məsələ üzrə işləyirlər”.

Deputat həmçinin vurğulayıb ki, bazar iqtisadiyaında mütləq şəkildə seçim imkanı olmalıdır.

 “Özəl pensiya fondunun yaranması məsələsi gündəmdə olan və əhəmiyyətli mövzudur. Yəni, bazar iqtisadiyaında şəxsin öz seçimi olmalıdır. Bu olduğu halda vətəndaş daha çox hansı qurum güzəşt edirsə, ona yaxınlaşacaq. Bunula yanaşı pensiya məbləği harda çoxdursa vətəndaş da ora müraciət edəcək”. 

Aysel Şahmar



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...